Автор работы: Пользователь скрыл имя, 30 Сентября 2013 в 19:35, реферат
Nükleoproteidlər zülallardan və nüklein turşularından -DNT və RNT -dən ibarətdir.Histoloji laboratoriyalarda DNT Felgen üsulu ilə ,RNT isə Braşe üsulu ilə təyin edilir. Nükleoproteid mübadiləsinin (purin və primidin mübadiləsi) sonunda toxumalarda sidik turşusu (urat turşusu) və onbun duzları əmələ gəlir, böyrəklərlə xaric olur.Orqanizmdə nükleoproteid mübadiləsi pozulduqda çoxlu miqdarda urat turşusu əmələ gəlir və qanda onun miqdarı yüksəlir.Buna hiperurikemiya deyilir.