Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir

Автор работы: Пользователь скрыл имя, 21 Апреля 2014 в 23:45, дипломная работа

Краткое описание

Dərs vəsaitində menecmentin mahiyyəti açıqlanmış, idarəetmənin tarixi və məktəblər haqqında məlumatlar verilmiş, menecerlərin funksiyalarından bəhs edilmişdir. Kitabda idarəetməyə elmi cəhətdən yanaşılmış, müəssisələrin təşkilati quruluşu, idarəetmə üsulu və üslubu, menecmentin prinsipləri, təsərrüfat subyektlərinin təşkilati – hüquqi formaları və onların idarə olunması haqqında məlumatlar verilir. Menecmentə elmi yanaşma idarəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prinsiplərinə elmi-nəzəri baxışların məcmusu kimi başa düşülür.

Вложенные файлы: 1 файл

Дипломная работа_Векторная связь в производственных мощностях и объемы производства цинка.docx

— 320.81 Кб (Скачать файл)

 

5.4. Qərarlar, onların mahiyyəti və məqsədi

 

Qərarlar–qarşıya məqsədlərin qoyulması, məqsədə nail olmaq yollarının müəyyən edilməsi, problemlərin aradan qaldırılması məqsədilə qəbul edilir. Qəbul edilmiş qərarlar rəhbərdən icraçılara sərəncam, əmr, qərar, göstəriş, tapşırıqlar formasında təlqin edilir.

Qərarlar gələcəyin hərəkət və ya hərəkətsizliyi diktə edən şüurlu və iradi idarəetmə aktıdır.

Qərarlar idarəetmə aktı olmaqla tapşırır, qadağan edir, vəkil edir, məhrum edir, xitam verir.

Qərarların aşağıdakı təsnifatları vardır:

Qəbul edilmə formalarına görə

  1. Tək başına qərarlar:
  1. İntuitiv qərarlar;
  1. İnsayt qərarlar.
  1. Kollegial qərarlar:
  1. Müzakirədən keçən qərarlar;
  2. Mülahizələrə əsaslanan qərarlar.

İqtisadi məzmun və mahiyyətinə görə qərarlar aşağıdakılardan ibarətdir.

  1. Strateji qərarlar.
  2. Taktiki qərarlar.
  3. Cari qərarlar.
  4. Operativ qərarlar.

Formasına görə qərarlar yazılı və şifahi qərarlara bölünür.

Müddətlərinə görə qərarlar uzunmüddətli, ortamüddətli, qısamüddətli qərarlara bölünür.

Qərarlar məzmununa görə iqtisadi, siyasi və təşkilati qərarlara bölünür.

İqtisadi qərarlara funksional məzmununa görə plan, idarəetmə, nəzarətedici, inzibati qərarları aid etmək olar. İqtisadi qərarlar, həmçinin iqtisadi sahədə baş verən problemlərin həlli ilə bağlı olur. Qərarların qəbul edilməsindən öncə isə problemin meydanagəlmə səbəbləri öyrənilməli, həmin səbəblər araşdırılmalı, təhlil edilməli, qiymətləndirilməli və onun aradan qaldırılması üçün tədbirlər kompleksi hazırlanmalıdır.

Siyasi qərarlar problemlərin həlli çərçivəsində qəbul olunur və siyasi məsələlərin həllində istifadə olunur.

Təşkilati qərarlar isə təşkilatçılıq funksiyasının həyata keçirilməsi ilə əlaqədar olaraq təşkilati məsələlərin həllinə yönəldilir.      

Qərarların qəbul edilməsinə bir sıra amillər təsir edir ki, onlar aşağıdakılardan ibarətdir:

1.  Qərarı qəbul edən rəhbərin şəxsi keyfiyyəti.

2.  Qərarların qəbul edilməsi şəraiti.

3.   İnformasiyaların  az və  çox olması.

4. Qərarların qəbul edilməsində kollektivin iştirak səviyyəsi.

Qərarların qəbul edilməsi və həyata keçirilməsi aşağıdakı mərhələlərdən keçir.

  1. Qərar layihələrinin hazırlanması. Müəlliflər qanunlara, normativ aktlara, məqsədlərə istinad edir.
  2. Qərarların qəbul olunması.  Bu mərhələdə layihələr müzakirə olunur və qərar layihəsi imzalanır, yəni rəsmiləşir.
  3. Qərarın icra olunması. Qərarların real h<span class="dash0410_0431_0437_0430_0446_0020_0441_043f_0438_0441_043a_04301_

Информация о работе Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir