Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir

Автор работы: Пользователь скрыл имя, 21 Апреля 2014 в 23:45, дипломная работа

Краткое описание

Dərs vəsaitində menecmentin mahiyyəti açıqlanmış, idarəetmənin tarixi və məktəblər haqqında məlumatlar verilmiş, menecerlərin funksiyalarından bəhs edilmişdir. Kitabda idarəetməyə elmi cəhətdən yanaşılmış, müəssisələrin təşkilati quruluşu, idarəetmə üsulu və üslubu, menecmentin prinsipləri, təsərrüfat subyektlərinin təşkilati – hüquqi formaları və onların idarə olunması haqqında məlumatlar verilir. Menecmentə elmi yanaşma idarəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prinsiplərinə elmi-nəzəri baxışların məcmusu kimi başa düşülür.

Вложенные файлы: 1 файл

Дипломная работа_Векторная связь в производственных мощностях и объемы производства цинка.docx

— 320.81 Кб (Скачать файл)

Demokratik təbiətli rəhbər hakimiyyəti kollektivlə və ya onların nümayəndələri ilə bölüşür, idarəetmənin kollegiallıq, demokratik mərkəziyyət, bərabər hüquqluluq prinsiplərini tətbiq edir, sosial metodların tətbiqinə daha çox üstünlük verir.

Avtokrat üslub

Avtokrat sözü latın dilində hakimiyyət, təsir deməkdir. Avtokratiya yunan dilində avto özü, kratiya hakimiyyət deməkdir. Avtokratizm əsasən hakimiyyətin siyasi formasıdır. Bu cür idarəetmə forması müəssisə və təşkilatlar üçün də xarakterik olur. Avtoritar hakimiyyəti aparan subyekt şəxs və ya qrup ola bilər. Yəni hakimiyyət bir nəfərin və ya qrupun əlində cəmləşir. Avtokrat rejimdə qərarları təkbaşına formada rəhbərlər qəbul edir, idarəetmənin aşağı sferaları yalnız icraçı kimi çıxış edirlər. Avtokrat rejim özü də totalitar və avtoritar rejimlərdən ibarətdir.

Avtokrat üslubda rəhbərlər bütün hakimiyyəti əlində cəmləşdirməklə idarəetmənin vahid rəhbərlik (və ya tək başına) prinsipinin tətbiqinə üstünlük verirlər. Bu cür rəhbərlər işçinin motivə olunmasında inzibati üsullara daha çox üstünlük verir, onları məcbur etməklə, hədələməklə, cəza tədbirləri tətbiq etməklə işləməyə məcbur edirlər. Avtokrat üslubda qeyd etdiyimiz kimi, bəzən rəhbər hakimiyyətin idarə edilməsinə hər hansı bir şəxsi və ya qrupu cəlb edir. Lakin yenə də həmin rəhbər özünü hakim şəxs kimi təqdim edir.

 

2.5. Menecmentin prinsipləri

 

Prinsip latın sözü olub, “əsas” deməkdir. Prinsip anlayışı öz mahiyyət və məzmununa görə fəaliyyətin həyata keçirilməsi qaydalarını özündə əks etdirir. Prinsip idarəetmənin metodları və funksiyaları sistemində aparıcı mövqeyə malikdir. Çünki idarəetmənin prinsipi idarəetmə funksiyalarının həyata keçirilməsində müdirlərin əldə rəhbər tutduqları ideyaları, qanun və qaydaları özündə əks etdirir.

Təşkilatın idarəetmə prinsipləri idarəetmə sisteminin strukturuna və təşkilinə olan tələbləri müəyyən edir. Yəni  təşkilatın idarə edilməsi bütün səviyyələrdən olan menecerlərin əldə əsas tutduqları idarəetmə prinsipləri vasitəsilə həyata keçirilir. Bu qaydalar menecerin davranış xəttini müəyyən edir.

1912-ci ildə Amerika meneceri T.Emerson tərəfindən idarəetmənin səmərəli prinsiplərindən “Məhsuldarlığın on iki prinsipi” kitabında bəhs edilmişdir. Lakin əməyin elmi təşkilinin əsasını qoyanlardan biri, “inzibatçılıq nəzəriyyəsi”nin yaradıcısı A.Fayol idarəetmə prinsiplərinin sayının qeyri-məhdud olması barədə fikirlərini irəli sürmüşdür. Çünki idarəetmədə tətbiq edilən hər hansı qayda idarəetmənin prinsipləri arasında öz yerini tutur.

İdarəetmə prinsiplərinə aşağıdakıları  aid etmək olar:

 Sistemlilik prinsipi. Sistemlilik prinsipi idarəetməyə sistem kimi baxmağı və idarəetməyə sistem halında yanaşmanı nəzərdə tutur. Bu prinsip idarəetmə prinsiplərinin idarəetmə sisteminin bütün tərəflərinə, elementlərinə, funksiyalarına tətbiqini tələb edir.

Elmilik prinsipi.  Bu prinsipin əsas məzmunu elə bir tələbdən ibarətdir ki, təşkilatda atılan bütün məqsədli addımlar, yerinə yetirilən fəaliyyət  elmi cəhətdən əsaslandırılmalıdır. Çünki idareətmə elmi daim tədqiq olunur və inkişaf edir. Rəhbərlər, menecerlər idarəetmə elminə dair nəzəri biliklərə daha çox malik olarlarsa, təcrübədə onların fəaliyyəti elmi əsaslara söykənərsə nəticə uğurlu olar.

İnteqrasiya prinsipi. İnteqrasiya prinsipi idarəetmə fəaliyyətinin həyata keçirilməsində inkişaf etmiş müəssisələrin təcrübələrindən istifadə edilməsini, beynəlxalq idarəetmə sistemlərinə inteqrasiya olunmasını nəzərdə tutur.

Hüquq və məsuliyyət prinsipi. Bu prinsip tələb edir ki, hər bir şəxs öz hüquqlarından istifadə etməli, üzərinə düşən vəzifələri yerinə yetirməli və nəticəyə görə cavabdehlik daşımalıdır.

Tabeçilik prinsipi. Tabeçilik prinsipi idarəetmənin əsas və başlıca prinsiplərindən biridir. Tabeçilik prinsipi idarəetmənin yuxarı və aşağı pillələrinin bir-birindən asılılığını təmin edir. Bu prinsip yuxarı səviyyədən gələn qərarların, tapşırıqların, göstərişlərin, sərəncamların aşağı səviyyələrdə lazımi qaydada icra olunmasını, yerinə yetirilməsini nəzərdə tutur. Aşağı struktur vahidinin hansı yuxarı struktur vahidindən asılılığı müəssisənin təşkilati strukturu, daxili qaydaları, təlimatları əsasında müəyyən olunur və tabeçilik münasibətləri qeyd–şərtsiz yerinə yetirilir.

Bərabərlik (bərabər hüquqluq) prinsipi. Bərabərlik prinsipi eyni idarəetmə səviyyəsində fəaliyyət göstərən struktur vahidləri və ya funksional icraçıların bərabər hüquqlara malik olması ilə xarakterizə olunur. Çünki bərabərlik prinsipi əsasında səlahiyyət və əmək bölgüsünün həyata keçirilməsi, onlar arasında qarşılıqlı əlaqənin, sağlam ünsiyyətin formalaşmasına nail olmaq mümkündür.

Obyektivlik prinsipi. Obyektivlik (ədalətlilik) prinsipi rəhbərlər tərəfindən həyata keçirilməsi tələb olunan əsas prinsiplərdən biridir. Obyektivlik prinsipi, əsasən qərarların qəbul olunmasıda, əmək bölgüsünün, vəzifə bölgüsünün həyata keçirilməsində, kadrların işə qəbulu, hərəkəti və işdən azad olunmasında, onlar haqqında inzibati tədbirlərin görülməsində istifadə olunur. Ədalətli qərarlar təşkilatda hüquq bərabərliyini təmin edir, müəssisədə sağlam sosial-psixoloji mühitin formalaşmasına səbəb olur, motivləşmənin, stimullaşdırmanın əsasını təşkil edir.

Müstəqillik prinsipi. Müstəqillik prinsipi hər bir işçiyə əmək fəaliyyətində azadlıq və sərbəstlik verilməsi ilə əlaqədardır. Bu prinsip işçinin öz bacarığından, peşə vərdişlərindən, fəaliyyət imkanlarından müstəqil surətdə istifadə etməsinə şərait yaradır, onun təşəbbüskarlıq, novatorluq qabiliyyətinin inkişafına səbəb olur.

Vahid rəhbərlik prinsipi. Vahid rəhbərliyin mahiyyəti ondan ibarətdir ki, müəssisə rəhbəri onun səlahiyyətlərinə daxil olan məsələləri təkbaşına həll etmək hüququna malikdir. Əslində bu təşkilatın rəhbərinə və ya menecerlərinə idarəetmə funksiyalarının yerinə yetirilməsi üçün geniş səlahiyyətlərin verilməsidir. Lakin bu prinsip əsasən kiçik müəssisələr üçün səciyyəvidir. Bəzən böyük müəssisələrdə də bu prinsip tətbiq olunur ki, həmin müəssisələrdə idarəetmə fəaliyyətində, qərarların qəbul edilməsində kollektivin deyil, rəhbərlərin iradəsinə daha çox üstünlük verilir. Bu prinsipdən idarəetmənin avtokrat üslubunda daha geniş istifadə edilir.

Kollegialılıq prinsipi. Bu prinsip müxtəlif səviyyəli rəhbərlərin, icraçıların, habelə kollektivin rəyi əsasında qərarların işlənib hazırlanmasını nəzərdə tutur. Kollegialılıq prinsipində qərarlar kollektivin müzakirəsinə verildikdən və müzakirə süzgəcindən keçdikdən sonra qəbul olunur. Əsasən strateji qərarların qəbul edilməsində bu prinsipdən istifadə olunur. Kollegialılıq prinsipi idarəetmənin demokratik üslubunda daha geniş formada tətbiq edilir. 

Demokratik mərkəziyyət prinsipi. Bu prinsip təşkilati-struktur vahidlərinin vahid rəhbərə tabe olmasını və bu tabeçiliyin demokratik prinsiplər əsasında həyata keçirməsini tələb edir. Hakimiyyət müəssisədə rəhbərə məxsus olur, lakin demokratiyanın səviyyəsindən asılı olaraq aşağı rəhbərlər arasında səlahiyyətlər formasında bölünür. Təşkilatda ümumi və strateji məqsələrin müəyyən olunması, ümumi nəzarətin həyata keçirilməsi, struktur vahidlərinin koordinasiyası vahid mərkəzdən gəlir. Deməli, demokratik mərkəziyyət prinsipi demokratik qaydalar əsasında hakimiyyətin təşkilatın yuxarı pillələrində cəmləşməsinə əsaslanır. İdarəetmənin aşağı səviyyələri isə, tabeçilik münasibətləri əsasında rəhbərin ətrafında birləşməli, yuxarıdan gələn qərarları icra etməlidirlər.

Sahə və regional idarəetmənin əlaqələndirilməsi prinsipi.  Bu prinsip sahə strukturları ilə regional strukturların fəaliyyətinin əlaqələndirilməsini tələb edir. Çünki, bir sıra müəssisələr özünün regional strukturuna malik olurlar. Regional strukturların tərkibində sahə strukturları fəaliyyət göstərir. Bu prinsip müəssisənin regionlarda fəaliyyət göstərən sahə strukturlarının mərkəzi idarəetmə aparatından idarə olunmasını və onların koordinasiya olunmasını nəzərdə tutur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

FƏSİL III. MENECMENTİN FUNKSİYALARI

 

3.1. Planlaşdırma funksiyası. Biznes – plan

 

Planlaşdırma menecmentin ilkin funksiyasıdır və o, təşkilatın qarşıya qoyduğu məqsədə çatmaq yollarını və mərhələlərini özündə birləşdirir. Plan–qarşıya qoyulan məqsədləri, onların məzmununu, ardıcıllığını, müəyyən müddət ərzində onlara nail olunması yollarına dair fikirləri və ideyaları özündə əks etdirir.

Planlaşdırma prosesi planların tərtib edilməsi ilə əlaqədar bir prosesdir. Planlaşdırma prosesi qərarların qəbul edilməsi və reallaşdırılması ilə əlaqədar təsəvvürlərin sistemləşdirilməsi mexanizmdir. Planlaşdırmanın idarəçilik fəaliyyəti baxımından aşağıdakı funksiyaları vardır:

  1. Məqsədin müəyyən edilməsi.       

  1. Proqnozlaşdırma.

  1. Layihələşdirmə.

  1. Daxili koordinasiya.

  1. Ehtiyatların bölüşdürülməsi. 

Müddətinə görə  planlar 3 növə bölünür:

1. Qısa müddətli planlar (Qısa müddətli planlar bir ilədək olan müddəti əhatə edir).

2. Orta müddətli planlar (Orta müddətli planlar iki ildən dörd ilədək olan müddəti  əhatə edir).      

3. Uzun müddətli planlar (Uzun müddətli planlar isə beş ildən yuxarı müddəti əhatə edir).

Planlar təsərrüfat fəaliyyətinin iqtisadi mahiyyəti və məzmununa görə aşağıdakı  kimi təsnifləşdirilir:

  1. Strateji planlar.

  1. Taktiki planlar. 

  1. Cari planlar.

  1. Operativ planlar.

Strateji planlar beş ildən yuxarı olan dövrü əhatə edir. Strateji planlar müəssisənin strategiyasının, onun fəaliyyət istiqamətlərinin, perspektiv inkişafının müəyyənləşdirilməsindən ibarətdir. Strateji planlar yeni və mütərəqqi məhsulların istehsalını, müəssisənin rəqabət qabiliyyətinin möhkəmləndirilməsini nəzərdə tutur.

Strateji məqsədlərə aşağıdakılar aiddir:

  1. Fəaliyyət istiqamətlərinin seçilməsi.

  1. İstehsal olunacaq məhsul növünün seçilməsi.

  1. Kapital qoyuluşunun həyata keçirilməsi.

  1. Mövcud istehsalın təkmilləşdirilməsi.

  1. Perspektivlərin müəyyən olunması.

  1. Təşkilatın rəqabət qabiliyyətinin möhkəmləndirilməsi və s.

Strategiya təşkilatın mövcudluğuna dair əsas suallara cavab verir. Strategiya təşkilatın zəif və güclü tərəflərini araşdırır, imkanları və gözlənilən təhlükələri müəyyənləşdirir.  Strategiya xarici mühitdə dəyişkənliyə reaksiya verilməsinin vasitəsidir.

Strategiya uzun müddətli layihələr əsasında işlənilir. Həmin layihələrin işlənməsi zamanı düzgün ətraflı məlumatlar toplusundan istifadə etmək lazım gəlir.       

Strateji planlar şirkətin hansı biznes fəaliyyəti ilə məşğul olacağını və bu istiqamətdə həyata keçiriləcək vəzifələri özündə əks etdirir. Bundan sonra biznes vahidinin daxilində daha dəqiq planlaşdırma baş verir. Strateji məqsədlər marketinq, maliyyə, informasiya, istehsal, nəzarət  sahələr üzrə birgə işlənir.

Taktiki planlar strategiyaya nail olmaq üçün müəssisəni müxtəlif vaxtlarda müəyyən fəaliyyət mövqelərinə çıxarır. Taktiki planlar strateji plana nail olmaq üçün taktiki gedişləri, mərhələləri, dövrləri özündə əks etdirirlər.

Cari planlar isə bir illik cari dövrü əhatə edir. Həm taktiki, həm də cari plan strateji planlara nail olunmasına xidmət edir. Cari plan uzun müddətli maliyyə-təsərrüfat fəaliyyətini illər üzrə özündə əks etdirən aralıq plandır. Cari planlara bir illik istehsal, maliyyə, maddi-texniki təchizat, satış və s. planlar aiddir.          

Operativ planlar fəaliyyət dövründə baş vermiş mənfi dəyişikliklərin və onun yaratdığı problemlərin dərhal aradan qaldırılmasına xidmət edir. Operativ tədbirlər  planı aşağıdakı məsələlərin həllini özündə cəmləşdirir.

  1. Dəyişikliklərin və onların yaranma səbəblərinin öyrənilməsi.

  1. Dəyişikliklərin və onların yaranmasına təsir edən amillərin təhlil edilməsi və təsir dərəcələrinin minimuma endirilməsi.

  1. Dəyişikliklərin və onların yaratdığı problemlərin nəticələrinin dərhal aradan qaldırılması.

  1. Müəssisədə həmin dəyişiklik və problemlərin yaranmaması üçün profilaktik tədbirlərin görülməsi.

Planlaşdırmanın aşağıdakı prinsipləri mövcuddur:

  1. Planların ardıcıllığı prinsipi. Qarşıya qoyulan məqsədə nail olmaq yollarının və müddətlərinin ardıcıllığı düzgün müəyyənləşdirilməlidir.     

  1. Planların reallığı prinsipi. Planda nail olunması nəzərdə tutulan göstəricilər və nəticələr reallığa uyğun olmalıdır. 

  1. Planların aydınlığı prinsipi. Planlar aydın, başa düşülən tərzdə tərtib edilməlidir. Çünki ayrı-ayrı şöbələr və bölmələr onun müddəalarını başa düşməli və fəaliyyətlərində tətbiq etməlidirlər.

  1. Planların çevikliyi prinsipi. Planlar situasiyanın, yaranmış vəziyyətin tələblərinə uyğun olaraq çevik formada dəyişdirilmək imkanına malik olmalıdır.

Biznes-plan. Planlaşdırmanın həyata keçirilməsində biznes–planların əhəmiyyəti və mahiyyəti olduqca  böyükdür. Biznes–planlar əsasən biznes sahələri üçün nəzərdə tutulan plan sənədidir. Biznes–planlar biznes sahələrinin inkişaf perspektivlərinin, iqtisadi səmərəliliyin göstəricisidir.  Biznes-planlar müəssisənin sanki güzgüsüdür.

Biznes-planlar müəssisənin istehsal və maliyyə-təsərrüfat fəaliyyətinin geniş proqramıdır. Biznes-plan yeni ideyaların həyata keçirilməsini, mövcud istehsalın genişləndirilməsini əhatə edir. Həmçinin biznes-plan müəssisəsinin keçmiş, indiki və gələcək fəaliyyətinin qısa yazılmış şərhidir.

Biznes-plan həm müəssisədaxili, həm də müəssisəxarici sənəddir. Biznes-plan ona görə müəssisənin xarici sənədidir ki, digər müəssisələr, rəqiblər, tərəfdaşlar, alıcılar, sifarişçilər müəssisə haqqında informasiya almaq istədikdə, onlar biznes-planın məlumatlarına istinad edə bilərlər. Biznes–plan ona görə müəssisədaxili sənəddir ki, müəssisənin daxili strukturları biznes-planın onlara aid olan bölmələrini əldə rəhbər tutaraq fəaliyyət göstərirlər. Biznes-plan bir neçə bölmələrdən ibarət olur. Biznes-planın ən çox istifadə olunan bölmələri  aşağıdakılardır:

  1. Biznes-plan haqqında qısa xülasə;

  1. Müəssisə haqqında məlumat;

  1. Təşkilati plan;(Təşkilati struktur)

  1. Marketinq planı;

  1. İstehsal planı;

  1. Maddi-texniki təchizat planı;

  1. Satış planı;

  1. Maliyyə planı;

  1. Mənfəət planı;

  1. Layihənin iqtisadi səmərəliliyi.

Birinci bölmədə biznes-plan haqqında ümumi məlumat verilir. Yəni biznes-plan hansı məqsəd üçün tərtib olunub, fəaliyyətin hansı tərəflərini və hansı istiqamətlərini əhatə edir, hansı müddət üçün nəzərdə tutulur. Bu bölmə yeni layihə üçün lazım olan kapital qoyuluşunun həcmini də müəyyən edir.

İkinci bölmədə müəssisənin özü haqqında məlumat verilir. Burada müəssisənin fəaliyyət sferaları, onun mövcud vəziyyəti və iqtisadi durumu, əsas vəsaitləri, ehtiyac duyulan təmir və bərpa işləri haqqında informasiyalar və s. nəzərdə tutulur. Bu mərhələdə müəssisənin maliyyə imkanları, onun aktivləri və passivləri əks etdirilir.

Üçüncü bölmə təşkilati strukturun müəyyən olunmasını və biznes-planın həyata keçirilməsi üçün vəzifə bölgüsünü özündə əks etdirir. Bu bölmədə biznes-planın hansı tərəflərinin və müddəalarının təşkilati strukturun hansı bölmələri tərəfindən yerinə yetiriləcəyi qeyd edilir.

Информация о работе Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir