Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir

Автор работы: Пользователь скрыл имя, 21 Апреля 2014 в 23:45, дипломная работа

Краткое описание

Dərs vəsaitində menecmentin mahiyyəti açıqlanmış, idarəetmənin tarixi və məktəblər haqqında məlumatlar verilmiş, menecerlərin funksiyalarından bəhs edilmişdir. Kitabda idarəetməyə elmi cəhətdən yanaşılmış, müəssisələrin təşkilati quruluşu, idarəetmə üsulu və üslubu, menecmentin prinsipləri, təsərrüfat subyektlərinin təşkilati – hüquqi formaları və onların idarə olunması haqqında məlumatlar verilir. Menecmentə elmi yanaşma idarəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prinsiplərinə elmi-nəzəri baxışların məcmusu kimi başa düşülür.

Вложенные файлы: 1 файл

Дипломная работа_Векторная связь в производственных мощностях и объемы производства цинка.docx

— 320.81 Кб (Скачать файл)

Dördüncü bölmə bazarın öyrənilməsini, bazarda məhsula olan tələbatın müəyyən edilməsini əks etdirir. Bu plan “hansı məhsuldan nə qədər və hansı keyfiyyətdə istehsal olunarsa və bazara hansı qiymətlə çıxarılarsa onu satmaq olar” sualına cavab verir. Həmçinin marketinq plan müəssisənin rəqabət qabiliyyətinin artırılması üçün böyük əhəmiyyət kəsb edir.

Beşinci bölmə istehsalla bağlı olub, marketinq plana istinad edərək məhsulun kəmiyyətini, növünü, çeşidini, keyfiyyətini, dəyərini planlaşdırır. Yəni bu bölmədə marketinq planında irəli sürülmüş müddəalara əsasən, məhsulun kəmiyyət və keyfiyyət göstəriciləri üzrə istehsal planlaşdırılır.

Altıncı bölmə istehsalın əsas vəsaitlərlə, xammal və materiallarla, yanacaq və enerji ilə təchiz edilməsini müəyyənləşdirir. 

Satış planı satılacaq məhsulun həcmini, çeşidini, qiymətini müəyyən edir. Bu plan satışdan əldə olunacaq gəlirin müəyyən olunmasında əhəmiyyətli rol oynayır. Satış planları, həmçinin məhsulun satış bazarlarının müəyyən olunmasını, satışın həvəsləndirilməsi tədbirlərini özündə əks etdirir. Bəzən satış və marketinq planları bir plan bölməsində birləşdirilir.

Maliyyə planı yuxarıda sadalanan bütün proseslərin maliyyələşməsini və əldə ediləcək gəlirin həcmini özündə əks etdirir. Maliyyə planı iki hissədən ibarətdir. Gəlirlər və xərclər. Onların müqayisəsi nəticəsində mənfəət aşkar edilir.

Yeddinci bölmə isə mənfəətə həsr olunur. Bu bölmə maliyyə planı ilə birgə verilə bilər. Bu bölmədə mənfəətin bölüşdürülməsi və ondan hansı məqsədlər üçün istifadə olunması nəzərdə tutulur. Mənfəətin bölüşdürülməsi və istifadəsi müəssisənin gələcək strategiyasının formalaşmasının əsasını təşkil edə bilər.

Nəhayət, biznes-plana sərf olunmuş kapitalın nə vaxt geri qaytarılacağı və onun iqtisadi səmərəlilik göstəriciləri müəyyən olunur. Bu bölmədə təhlillər və müqayisələr aparılır, müəssisənin fəaliyyətinə iqtisadi qiymət verilir.

Proqnozlaşdırma (qabaqcadan demə). Proqnozlaşdırma planlaşdırmanın əsas funksiyalarından biridir. Proqnozlaşdırma  yunanca “proqhasis” sözündən götürülüb  “gələcəyin biliyi” deməkdir. Hələ 2000 il bundan əvvəl qədim yunan alimi Hippokrat “proqnozlaşdırma” adlı əsərini yazmış və proqnozlasdırmaya dair elmi təsəvvürlərin əsasını qoymuşdur.

Proqnozlaşdırma anlayışı “öncə görmə” mənasında başa düşülür, hər hansı hadisə və obyektin gələcəkdəki vəziyyəti barədə elmi cəhətdən əsaslandırılmış mülahizələr irəli sürməyə imkan verir. Proqnozlaşdırmanın aşağıdakı üsulları mövcuddur:

Ekstrapolyasiya üsulu. Ekstrapolyasiya üsulu ən sadə üsul olmaqla, başa çatmış dövrün məlumatları əsasında gələcəyin dinamika sırasında proqnozlaşdırılmasıdır. Məsələn keçən il müəssisənin mənfəəti 100 min manat olmuşdur. Növbəti il üçün hər rüb üzrə 25 min manat olmaqla, mənfəətin illik məbləği 100 min manat proqnozlaşdırılır. Bu proqnozlaşmanın ən sadə üsuludur. Burada rüblər, aylar, illər üzrə dinamik sıralama aparıla bilər.

Analogiya üsulu. Analogiya oxşar hadisələrlə bağlı proqnozların verilməsi üsuludur. Məsələn bazar qanunlarından bəlli olduğu kimi hər hansı bir məhsul növü üzrə bazarda tələb artdıqda, təklif azaldıqda həmin məhsulun qiyməti artır. Bu hadisə bütün sahələrdə qiymətin artması barədə proqnoz verməyə əsas verir. Deməli, analoji olaraq tələb artdıqda və təklif azaldıqda qiymətlərin qalxmasına dair proqnoz vermək olar.

Normativ üsul. Normativ üsul proqnozlaşdırmada tənzimləyici üsuldur. Çünki bəzi parametrlərin, amillərin müəyyən olunmasında norma və normativ göstəricilərin rolu vardır. Məsələn  qiymət qoymada material normalarının, amortizasiya ayırmalarının, vergi dərəcələrinin təsiri böyükdür. Deməli, qiymətin proqnozlaşdırılması zamanı həmin normaların nəzərə alınması normativ üsulun tətbiqi ilə əlaqədardır.

Riyazi modelləşdirmə üsulu. Riyazi modelləşdirmə üsulu  proqnozlaşdırılan obyektin və ya prosesin  öncə modelinin, quruluşunun, sisteminin yaradılmasını, tərtib edilməsini, sonra isə müvafiq riyazi-iqtisadi üsullarla onun qiymətləndirilməsini nəzərdə tutur.

Proqnozlaşdırma təşkilatın zəif və güclü tərəflərinin tədqiqi yolu ilə məqsədlərin müəyyən olunmasına köməklik göstərir. Proqnozlaşdırma müəssisənin gələcək perspektivlərinə xidmət edir. Müəssisə səviyyəsində proqnozlaşdırma xarici mühitin gələcək göstəriciləri haqqında  məlumatların  verilməsi ilə əlaqədardır. Proqnozlar planlar üçün material xarakteri daşıyır. Yəni proqnozlar planların tərtib edilməsi üçün istifadə olunan informasiya xarakterli amillər və ünsürlər kimi qəbul edilir. Müəssisə çərçivəsində proqnozlara aşağıdakılar aiddir:

  1. Regionun iqtisadi vəziyyətinin proqnozu.

  1. Rəqib müəssisələr haqqında  proqnozlar.

  1. Firma tərəfindən istehsal edilib satılan məhsula olan  tələbatın proqnozu.

  1. İnvestisiyalar  haqqında proqnoz.

  1. Texnoloji proqnozlar.

  1. Əmtəə bazarında yeni tələbatların proqnozu.

Regionun iqtisadi vəziyyətinin proqnozu dedikdə, firmanın fəaliyyət göstərdiyi ərazidə iqtisadiyyatın gələcək vəziyyəti haqqında proqnozlar başa düşülür.

Ayrı-ayrı rəqib müəssisələrin proqnozu dedikdə isə, rəqiblərin gələcək inkişafı, bazara çıxaracağı məhsulların həcmi, keyfiyyəti, qiyməti, onların gələcək perspektivləri haqqında proqnozlar başa düşülür.

Satılacaq məhsula olan tələbatın proqnozu olduqca vacib məsələlərdən biridir. Çünki bu, gələcəkdə məhsulun bazarda satışının intensivliyinin nə dərəcədə olacağını müəyyən etmək üçün əsas meyardır.

Bu cür proqnozlar içərisində investisiyalar proqnozu da mühüm yer tutur. Çünki təşkilatın fəaliyyət göstərdiyi sahəyə gələcəkdə qoyulacaq investisiyalara dair informasiyalar olduqca əhəmiyyətlidir. Çünki investisiya qoyuluşu həmin fəaliyyət sferasında məhsul istehsalının kəmiyyət və keyfiyyət göstəricilərinə müsbət təsir göstərir. Bu da özünü gələcəkdə müəssisənin fəaliyyətinə təsir edəcək  xarici amil kimi büruzə verir.

Texnoloji proqnoz müəssisənin istifadə etdiyi və gələcəkdə istifadə edəcəyi texnoloji avadanlıqlar, vasitələr və üsullar haqqında, onların kəşfi ilə əlaqədar informasiyalar  verir.

Yeni tələbatların proqnozu yeni elmi axtarışlar, innovasiya tədqiqatları və mütərəqqi məhsulların gələcək istehsalı ilə bağlıdır. Çünki müəssisə istehsalı nəzərdə tutulan, lakin alıcılarda hələ heç bir təsəvvür olmayan mütərəqqi və yeni məhsullara tələbatı müəyyən etməli, sonra isə həmin məhsulların istehsalını həyata keçirməlidir. Yeni tələbat proqnozu müəssisəni istehsal ediləcək yeni və mütərəqqi məhsulun bazarda yüksək səviyyədə satıla biləcəyinə əmin edir.

 

3.2.Təşkiletmə funksiyası

 

İdarəetmənin növbəti əsas funksiyalarından biri də təşkiletmədir. Bu funksiyanın məqsədi qəbul olunmuş iş planının həyata keçirilməsini təmin etməkdən ibarətdir. Təşkiletmə funksiyası fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar hazırlıq işlərinin yerinə yetirilməsidir.

Təşkiletmə funksiyası fəaliyyətin planlaşdırma mərhələsindən fəaliyyətin həyata keçirilməsi mərhələsinə keçid mərhələsidir. Təşkiletmə işə başlamaq üçün lazım olan ünsürləri cəlb edir, yerləşdirir, onların gələcəkdə birgə fəaliyyəti üçün qarşılıqlı əlaqəsini təmin edir, işlək vəziyyətə gətirir. Təşkiletmə funksiyası sistemin bütün elementləri arasında daimi və mütərəqqi əlaqələri müəyyən edir, onların fəaliyyətinin qaydalarını və şərtlərini müəyyənləşdirir.

Təşkiletmə funksiyasının vəzifəsi istehsal və insan ehtiyatlarını elə qarşılıqlı əlaqəli sistemdə birləşdirməkdən ibarətdir ki, qarşıya qoyulan məqsədə səmərəli surətdə nail olmaq mümkün olsun. Burada sistemin quruluşunun müəyyənləşdirilməsi, altsistemlər arasında qarşılıqlı əlaqələr, bölmələr arasında funksiyaların paylanması, müvafiq hüquqların verilməsi və s. nəzərdə tutulur.

Plan tapşırıqlarının ritmik və nəzərdə tutulan həcmdə, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi idarəetmənin təşkiletmə funksiyasının başlıca məsələsidir.

Hər bir düşünülmüş  hadisə və proses, onun təşkil olunması ilə başlayır. Burada belə bir sual meydana çıxır. Onda niyə idarəetmənin birinci funksiyası təşkiletmə deyil, planlaşdırma hesab olunur?

Çünki hər hansı bir müəssisə və fəaliyyət təşkil olunmamışdan qabaq əvvəlcə məqsəd ortaya çıxır və ya müəyyən olunur. Məqsədin müəyyən olunması isə planlaşdırmanın ilkin mərhələsi hesab edilir. Deməli, məqsədin öncə yaranması fikri təşkiletmədən qabaq planlaşdırmanın yazılı və ya insan beynində ideya formasında meydana gəlməsini təsdiqləyir.

Təşkiletmə, həmçinin bir prosesdir. Bu prosesi 3 mərhələyə bölmək olar.

  1. Müəssisənin təşkil edilməsi.

  1. İstehsalın təşkil edilməsi.

3. İdarəetmənin təşkili.

Təşkiletmənin birinci mərhələsi müəssisənin hüquqi cəhətdən təsis edilməsi və müvafiq dövlət orqanlarında qeydiyyatdan keçirilməsi ilə əlaqədardır. Bu mərhələ müəssisənin hüquqi cəhətdən təşkil olunması mərhələsi kimi başa düşülür. Çünki istehsal fəaliyyəti ilə məşğul olaraq pul qazanmaq istəyən sahibkar həmin istəyinə çatmaq və ideyalarını reallaşdırmaq üçün birinci növbədə müəssisəni təsis etməli, başqa sözlə desək, hüquqi şəxs yaratmalıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi şəxs yaratmadan fiziki şəxs kimi də fəaliyyət göstərmək mümkündür. Amma bu kiçik həcmli təsərrüfat subyektləri üçün daha çox əlverişlidir.

Hüquqi şəxsin yaradılması üçün əvvəlcə müəssisənin təşkil olunmasının hüquqi və texniki tərəflərini həyata keçirmək lazım gəlir.

Müəssisənin təşkilinin hüquqi və texniki tərəfləri nizamnamənin tərtib edilib müvafiq dövlət orqanlarında qeydiyyata alınmasından tutmuş, banklarda hesablaşma hesabı açmağa qədər olan bütün mərhələləri özündə əks etdirir.

İkinci mərhələ isə istehsalın təşkili mərhələsidir. Bu mərhələ istehsal üçün lazım olan ünsürlərin təşkili ilə əlaqədardır. İstehsalın baş verməsi üçün üç ünsürün olması vacibdir. 1) əmək alətləri (əsas vəsaitlər); 2) əmək cisimləri (dövriyyə vəsaitləri); 3) işçi qüvvəsi. İşçi qüvvəsi əmək alətləri vasitəsi ilə əmək cisimlərinə təsir etməklə məhsul istehsal edir.

Məhsul istehsalının təşkili məqsədilə rəhbərlər aşağıdakı funksiyaları yerinə yetirməlidirlər.

1. Əsas vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi.

2. Müəssisənin istehsal gücünün artırılması ilə əlaqədar texniki-təşkilati işlərin yerinə yetirilməsi.

3. Dövriyyə vəsaitlərinin cəlb edilməsi.

4. Maliyyə kapitalının cəlb edilməsi və maliyyə imkanlarının genişləndirilməsi.

5. İşçi qüvvəsinin cəlb edilməsi və  əmək bölgüsünün aparılması.

6. Təhlükəsizlik və ekoloji tələblərin təmin olunması və s.

İstehsal fəaliyyəti ilə məşğul olmaq üçün əvvəlcə əsas vəsaitlərin – inzibati binanın, istehsal binasının təmin olunması, yəni alınması və ya icarəyə götürülməsi lazımdır. Bundan sonra texniki vəsaitlərin (maşın və avadanlıqların, dəzgahların) təchiz edilməsi vacib məsələdir. Əsas vəsaitlərin təşkilindən sonra isə material təchizatını təmin etmək lazım gəlir. Daha sonra sadalanan maddi və texniki vəsaitləri hərəkətə gətirmək, onların bir-birinə təsirini yaratmaq üçün, daha dəqiq desək,  istehsalı həyata keçirmək üçün işçi qüvvəsini, yəni əmək ehtiyatlarını cəlb etmək lazımdır. Bundan sonra təşkilati idarəetmənin ikinci mərhələsi başa çatır.

Üçüncü mərhələ idarəetmənin təşkili ilə əlaqədardır. Yəni istehsal üçün bütün ünsürlər vardır. Sadəcə olaraq, bu ünsürləri hərəkətə gətirməklə məhsulun istehsalı prosesini həyata keçirmək  lazımdır. İstehsal prosesi isə olduqca çətin və mürəkkəb prosesdir. Bu prosesi idarə etmək üçün  müəssisənin idarəetmə aparatını, təşkilati strukturunu yaratmaq lazımdır. Çünki istehsala xidmət edən sahələri (təchizat, marketinq, maliyyə, satış və s.) idarə etmək bir nəfərin işi deyildir. Buna görə də müəssisədə təşkilati strukturu yaratmaq, idarə heyətini təşkil etmək, əmək bölgüsünü həyata keçirmək, onun əlaqəli fəaliyyətini qurmaq, yəni idarə etmə mexanizmini təşkil etmək lazımdır. Bu zaman təşkiletmə prosesi daha da mürəkkəbləşir və elmiləşir.

Təşkiletmə, müəssisənin bütün sferalarını əhatə edir və özündən sonrakı proseslərin həyata keçirilməsində mühüm rol oynayır.

 

3.3.Motivləşdirmə funksiyası

 

Motivləşmə daha çox psixoloji termindir. Motivləşmə insanı məqsədyönlü formada hər hansı bir işi görməyə sövq edən, onu hərəkətə gətirən bir prosesdir.

Motivləşmə prosesinin baş verməsində motivasiyanın rolu olduqca böyükdür. Motivasiya motivlər toplusudur. Motivlər dedikdə, prosesin baş verməsi üçün lazım olan amillər, səbəblər, maraqlar, elementlər, xüsusiyyətlər başa düşülür. Motivlər insanı fəaliyyətə təhrik edir. Deməli, motivasiya insanı fəaliyyətə sövq etdirən və ya onu fəallaşdıran daxili və xarici hərəkətverici qüvvə və amillərin məcmusudur. Burada daxili və xarici hərəkətverici qüvvələr motivlərdir.

Motivləşmə prosesi isə insanda motivlərin köməyi ilə fəaliyyətin başlaması, davam etməsi və fəallığın artması prosesidir. Motivləşmənin əsasında insan tələbatları dayanır. Maddi və mənəvi ehtiyaclar insanın maddi və mənəvi tələbatlarını yaradır. İnsan öz tələbatını ödəmək üçün müxtəlif üsul və vasitələr axtarır. Tələbatlar insanı həyat  və əmək fəaliyyətinə sövq edir. Buradan belə aydın olur ki, tələbatlar insanın fəallığının mənbəyini təşkil edir. Deməli, motivləşmə prosesinin əsas mənbəyi tələbatlardır.

İnsan hər hansı fəaliyyətlə məşğul olmaq üçün qarşısına məqsəd qoyur. Nə iş görməli və hansı sahədə çalışmalıdır ki, o yeməyə, geyimə və s. olan tələbatlarını ödəsin. Bu suala cavab tapdıqdan sonra insan özünə müvafiq fəaliyyət sferasında çalışmaq üçün əvvəl həmin fəaliyyətin ünsürlərinə (motivlər: ixtisas, bilik, informaşıyalar, maliyyə vəsaiti, texniki vəsaitlərə) malik olur, sonra isə fəaliyyət göstərməyə başlayır (motivləşir).


 

 

Biz qeyd etdik ki, istehsalın baş verməsi üçün üç ünsürün olması vacibdir. 1) əmək alətləri; 2) əmək cisimləri; 3) işçi qüvvəsi. İşçi qüvvəsi əmək alətləri vasitəsi ilə əmək predmetlərinə təsir etməklə məhsul istehsal edir. Məsələn metal lövhələri tokar dəzgahında yonmaqla yivlər istehsal etməliyik. Təsəvvür edək ki, biz istehsalın hər üç ünsürlərini cəlb etmişik. Yəni fəaliyyət təşkil olunmuşdur. Burada əmək aləti kimi tokar dəzgahı, əmək cisimləri kimi metal lövhələr, işçi qüvvəsi kimi bu işi yerinə yetirəcək insanlar çıxış edir. Bu ünsürləri bir yerə toplamaq hələ istehsal prosesinə başlamaq demək deyildir. Çünki ünsürləri təşkil etdikdən sonra, istehsal prosesi üçün onların bir-birinə təsirini təmin etmək, yəni idarəetmənin üçüncü funksiyası hesab edilən motivləşmə prosesini yaratmaq və həyata keçirmək lazımdır. Motivləşmə insanı əmək alətləri vasitəsilə əmək predmetinə şüurlu surətdə təsir etməyə vadar edir. Bəs motivlər bu prosesdə özünü necə büruzə verir?


Əgər motivləşmə hərəkətverici qüvvədirsə, motiv bu qüvvəni yaradan səbəb və ya amildir. Məsələn istehsal prosesinin baş verməsi üçün dəzgah və metal lövhə vardır. Lakin işçi qüvvəsini cəlb etmək lazımdır. İşçi qüvvəsinin alacağı əmək haqqının məbləği onu qane etməzsə, o, işləməyəcəkdir. Nəticədə istehsal prosesi baş tutmayacaqdır. Deməli, əmək haqqı işçini işləməyə sövq edən əsas motivlərdən biridir.

Başqa bir misal göstərək. Yiv istehsal etmək üçün tokar dəzgahı və metal lövhə vardır. İndi isə işçi qüvvəsini cəlb etmək lazımdır. Əgər biz ixtisasını və ya peşəsini nəzərə almadan, bu işi təsadüfü bir şəxsə təklif edəriksə, istehsal prosesi yenə də baş tutmayacaqdır. Çünki həmin şəxs dülgərlik peşəsinə sahib deyildir. Deməli, işçinin bacarığı, qabiliyyəti, ixtisası, peşə vərdişləri fəaliyyət üçün motivdir.

Motiv təkcə hərəkətin və fəaliyyətin başlanmasında və həyata keçirilməsində rol oynamır. Motiv, həmçinin fəaliyyətin aktivləşməsində və sürətləndirilməsində də əhəmiyyət kəsb edir. Məsələn yiv istehsal edən dülgər müəssisə rəhbəri ilə bağladığı müqaviləyə əsasən, yerinə yetirdiyi işə görə ayda 300 manat əmək haqqı alır. Müəssisə rəhbəri aylıq normadan artıq məhsul istehsal edəcəyi təqdirdə işçiyə əlavə əmək haqqı verəcəyini vəd edir. Verilən vəd işçini əvvəlkindən daha artıq məhsul istehsal etməyə ruhlandırır. Bu hal müəssisədə istehsalın həcminin və tempinin yüksəlməsinə səbəb olur.

Motivlər, yəni hərəkətverici qüvvələr insanın xaricində və daxilində olur. Motivlərlə əlaqədar yuxarıda 3 misal göstərdik.

Birinci misalda motivləşmə rəhbərin işçiyə təklif etdiyi əmək haqqı ilə əlaqədar yaranır. İşçiyə əmək haqqı təklifi kənardan edildiyi üçün, həmin amil xarici motiv hesab olunur.

İkinci misalda izah olunur ki, yiv istehsal etmək üçün tələb olunan motivlərdən biri dülgərlik peşəsidir. İnsan peşəyə əldə etdiyi nəzəri və təcrübi biliklər əsasında nail olur. Nəzəri və təcrübi biliklər insanın daxili aləmini təşkil etdiyi üçün, peşə bacarığı daxili motiv hesab olunur.

Üçüncü misal isə həvəsləndirmə sistemi ilə əlaqədar oldu. Belə ki, əlavə əmək haqqı sisteminin tətbiqi işçini əmək fəaliyyətində aktivləşdirdi. Amma əmək haqqının artırılması təklifi işçiyə ətraf mühitdən, yəni rəhbərdən gəldiyi üçün, əmək haqqı və digər bu kimi amillər (əlavə əmək haqqı, maddi yardımlar, mükafatlar) xarici motivlərə aid olub, işçini əmək prosesində stimullaşdırır və fəallığını artırır.

Daxili motivlər insanın daxilində mövcud olur, onun fəaliyyəti üçün vacib amil hesab edilir. Daxili motivlər insanın daxili imkanları və potensialıdır. İdarəetmənin əsas şərtlərindən biri də, işçinin daxili potensialını təşkilatın məqsədləri naminə səfərbər etmək və ondan səmərəli istifadə etməkdir. Bunun üçün rəhbərlər daxili motivləri öyrənmədən və araşdırmadan ondan səmərəli şəkildə istifadə edə bilməzlər. Bu məqsədlə də təşkilat rəhbərləri psixologiya, idarəetmə psixologiyası, məntiq elmlərinə dair biliklərə yiyələnməlidirlər.

Информация о работе Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir