Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir

Автор работы: Пользователь скрыл имя, 21 Апреля 2014 в 23:45, дипломная работа

Краткое описание

Dərs vəsaitində menecmentin mahiyyəti açıqlanmış, idarəetmənin tarixi və məktəblər haqqında məlumatlar verilmiş, menecerlərin funksiyalarından bəhs edilmişdir. Kitabda idarəetməyə elmi cəhətdən yanaşılmış, müəssisələrin təşkilati quruluşu, idarəetmə üsulu və üslubu, menecmentin prinsipləri, təsərrüfat subyektlərinin təşkilati – hüquqi formaları və onların idarə olunması haqqında məlumatlar verilir. Menecmentə elmi yanaşma idarəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prinsiplərinə elmi-nəzəri baxışların məcmusu kimi başa düşülür.

Вложенные файлы: 1 файл

Дипломная работа_Векторная связь в производственных мощностях и объемы производства цинка.docx

— 320.81 Кб (Скачать файл)

  Müəyyən hadisələrlə əlaqədar olaraq bütün yanaşılma formalarının tətbiq olunması halı da kompleks yanaşma hesab edilir. Deməli, digər yanaşma formaları kompleks yanaşmanın tərkib hissələri hesab edilə bilər.

 

 

 

 

FƏSİL II. MÜƏSSİSƏ VƏ TƏŞKİLATLAR, ONLARIN İDARƏETMƏ SİSTEMLƏRİ

 

2.1. Sahibkarlıq fəaliyyəti və biznes

 

Sahibkarlıq fəaliyyəti dedikdə, fiziki və ya hüquqi şəxs tərəfindən mənfəət və ya şəxsi gəlir əldə etmək məqsədilə həyata keçirilən və qanunla qadağan olunmayan fəaliyyətlər başa düşülür. Sahibkar nəinki əmlakın, vəsaitlərin, kapitalın, hətta biznesin, ideyanın, markanın və s. sahibi kimi çıxış edir. Sahibkarların məqsədi cəmiyyətə xidmət göstərmək, onların tələbatını ödəmək, əvəzində gəlir götürməkdir. İqtisadi ədəbiyyatlarda sahibkarlıq fəaliyyəti ifadəsi ilə biznes ifadəsi də birgə yer almışdır. Bu məfhumların oxşar və fərqli cəhətləri mövcuddur.

Biznes sözünün hərfi mənası işdir. Biznes istehlakçıların tələbatının ödənilməsi və mənfəət əldə etmək məqsədi ilə həyata keçirilən insan fəaliyyətidir. Biznes insanlar arasında işgüzar münasibətlərin məcmusudur. Biznes hüquqi şəxs yaratmaqla və ya hüquqi şəxs yaratmadan müxtəlif növ məhsulların istehsalı, satışı, xidmətlərin göstərilməsi və s. bu kimi fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar işdir.

Lakin bu prosesdə hər iki subyektin fəqləndirici xüsusiyyətlərini dəyərləndirmək də mümkündür. Sahibkarlıq fəaliyyəti biznes fəaliyyətindən daha genişdir. Biznes fəaliyyəti özü də sahibkarlıq fəaliyyətinin tərkibinə daxil olan aktiv bir fəaliyyətdir. Yəni biznes fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur. Amma hər bir sahibkarlıq fəaliyyəti biznes fəaliyyəti hesab olunmur. Məsələn mən öz ticarət obyektimi hər hansı bir biznesmenə icarəyə verirəmsə, bu halda mən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram, lakin bizneslə məşğul deyiləm. Yaxud mən öz evimi kirayəyə verirəmsə, burada sahibkarlıq fəaliyyəti var, amma biznes fəaliyyəti yoxdur.

İstər sahibkarlar, istərsə də biznesmenlər fəaliyyətlərini, istehsal və ticarət münasibətlərini idarə edirlər. Bu zaman onlar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

1. Fəaliyyət istiqamətini seçmək. Fəaliyyət istiqamətini seçmək insanda uzaqgörənlik, proqnoz vermək qabiliyyəti, mövcud vəziyyəti düzgün dəyərləndirmək bacarığının olmasını tələb edir. Biznesmen fəaliyyət istiqamətlərini seçən zaman öz qarşısına belə suallar qoymalıdır:

  • seçdiyi fəaliyyət (istehsal, xidmət növü) nə dərəcədə əhəmiyyətlidir?;

  • həmin şəxs müəyyən etməlidir ki, tələbata uyğun məhsul istehsal edib bazara çıxara biləcəkmi? Tələbata uyğun məhsul dedikdə, burada məhsulun həcmi, keyfiyyəti, qiyməti, maya dəyəri, məhsulun tərkibi, alıcının istəkləri və s. bu kimi parametrlərə cavab verən məhsul başa düşülür;

  • aparılmış tədqiqatlar, araşdırmalar, proqnozlar, təhlillər, ümumiləşdirmələr əsasında müəssisənin fəaliyyət planı tərtib olunur. Plan əsasında müəyyən olunur ki, bu fəaliyyətlə  məşğul olmaqla müəyyən zaman kəsiyində nə qədər mənfəət əldə etmək mümkündür. Çünki, biznesin əsas məqsədi mənfəət əldə etməkdən ibarətdir.

2. Fəaliyyət istiqamətinin seçilməsindən sonra növbəti mərhələ fəaliyyətin təşkili mərhələsidir. Bu mərhələdə istehsal üçün lazım olan ünsürlər, yəni əsas vəsaitlər (texnika, texnologiya, avadanlıq, dəzgah və s.),  dövriyyə vəsaitləri (xammal, material, yanacaq və s.), işçi qüvvəsi cəlb edilir və onlar istehsala hazır vəziyyətə gətirilir.

3. Bundan sonra istehsal prosesinə başlamaq olar. Bu mərhələdə sahibkar və ya biznesmen fəaliyyətin həyata keçirilməsini təmin etməlidir. İstehsal xammaldan hazır məhsul hasil edilməsi prosesidir. Deməli, bu mərhələnin sonunda bazar üçün maddi nemətlər hasil olur.

4. Növbəti mərhələdə sahibkar istehsal etdiyi məhsulu satmaq haqqında düşünür. Çünki satışdan əldə edilən maliyyə vəsaiti yenidən istehsala sərf olunacaq və müəssisədə geniş təkrar istehsal prosesi təmin ediləcəkdir.

5. Sahibkar və ya biznesmenlər fəaliyyətə nəzarəti həyata keçirirlər. Nəzarət baş vermiş kənarlaşmaları aradan qaldırmaq və onların  gələcəkdə bir daha  təkrarlanmaması məqsədini daşıyır.

 

2.2.Müəssisə və təşkilatlar, onların idarə edilməsi

 

Müəssisələr özünün balansına, möhür və  ştampına malik olan hüquqi şəxslərdir. Müəssisə və təşkilatlar ictimai mənafeyə xidmət etməklə, mənfəət əldə etmək məqsədi daşıyır.

Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən müəssisə və təşkilatlar mülkiyyət formalarının müxtəlifliyi ilə bir-birindən fərqlənirlər. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətin 3 forması mövcuddur. Bunlar aşağıdakılardır: 

  • dövlət mülkiyyəti;

  • xüsusi  mülkiyyət;

  • bələdiyyə  mülkiyyyəti.

Dövlət mülkiyyəti bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əmlak paylarının bölünmək hüququ olmayan mülkiyyətçilərin yaratdığı təşkilatlar dövlət müəssisələri hesab olunur. Dövlət müəssisələrinin nizamnamə fondu dövlətə məxsusdur. Dövlət müəssisələrinin timsalında büdcədən maliyyələşən və təsərrüfat hesablı müəssisələr fəaliyyət göstərə  bilərlər. Dövlət müəssisəsi bütün öhdəliklərinə öz əmlakı ilə cavabdehdir. Dövlət müəssisələrinin aşağıdakı növləri vardır:

  1. Əmlakı tamamilə dövlətə məxsus olan müəssisələr.

  1. Səhmlərin nəzarət paketi dövlətə məxsus olan  müəssisələr.

Dövlət müəssisələri təsisçilərin onlara verdiyi hüquqlardan asılı olaraq 2 cür təsnifləşdirilirlər.

  • təsərrüfatçılığı aparmaq hüququ olan müəssisələr;

  • operativ idarəetmə hüququ olan müəssisələr.

Təsərrüfatçılığı aparmaq hüququ operativ idarəetmə hüququndan daha genişdir. Təsərrüfatçılığın aparılması hüququna malik olan müəssisələr mövcud qanunvericilik aktlarına, dövlət qərarlarına uyğun olaraq müstəqil formada fəaliyyət göstərirlər. Bu tip müəssisələr öz fəaliyyətlərini, perspektivlərini və strategiyasını müstəqil surətdə müəyyən edir, təsisçi və ya yuxarı təşkilatlar qarşısında hesabat verirlər.

Lakin operativ idarəetmə hüququna malik olan müəssisələr asılılıq dərəcəsinin çox olmasına görə fərqlənirlər. Bu tip müəssisələr yalnız yuxarı təşkilatların və ya təsisçilərin planları, göstərişləri, tapşırıqları, təlimatları əsasında fəaliyyət göstərirlər.

Qeyri-dövlət müəssisələri qeyri-dövlət mülkiyyəti əsasında yaranır. Qeyri-dövlət müəssisələri Vergilər Nazirliyindən və ya Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə yaranır. Bu cür müəssisələr bir və ya bir neçə şəxs tərəfindən təşkil oluna bilərlər. Yəni qeyri-dövlət müəssisələrinin yaranmasında fəaliyyətdə olan  bir və ya bir neçə qeyri-dövlət müəssisələri də iştirak edə bilərlər.

Qeyri–dövlət müəssisələrinin mülkiyyəti xüsusi mülkiyyətdir və nizamnamə kapitalı dövlətə məxsus deyil. Qeyri–dövlət müəssisələri dövlət müəssisələrinə nisbətdə daha çox müstəqildirlər. Qeyri-dövlət müəssisələri fəaliyyətini özü planlaşdırır, daha  müstəqil strategiya həyata keçirirlər. Lakin bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan Respublikasında da qeyri-dövlət müəssisələrinin fəaliyyəti dövlət tərəfindən qanunvericilik əsasında tənzimlənir.          

Təsərrüfat hesablı dövlət və qeyri-dövlət müəssisələri xərclərini öz gəlirləri hesabına maliyyələşdirirlər. Təsərrüfat hesablı müəssisələr vergi xidməti orqanlarına, Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Statistika Komitəsinin yerli şöbələrinə və s. təşkilatlara hesabatlar təqdim edirlər. Büdcədən maliyyələşən dövlət müəssisələrinin xərcləri büdcə hesabına həyata keçirildiyi üçün onlar yerli maliyyə orqanları qarşısında hesabat verirlər.

Dövlət ölkənin sosial-iqtisadi inkişafının tələblərinə uyğun olaraq istər dövlət, istərsə də qeyri-dövlət müəssisələrinin fəaliyyətini tənzimləyir və nəzarət edir. Bu proseslər İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, prokurorluq, məhkəmə orqanları və s. bu kimi təşkilatlar tərəfindən həyata keçirilir.

 

 

Müəssisələrin təsnifat əlamətlərinə görə növləri

Təsnifat əlamətləri

Müəssisələrin növləri

1.

Əsas fəaliyyət sferasına görə

-istehsal

-tikinti

-nəqliyyat

-rabitə

-maliyyə-kredit

-ticarət

-tədris

-səhiyyə və s.

2.

Mülkiyyət formasına görə

-dövlət

-xüsusi

3.

Həcminə (mənfəətin və satışın həcminə, işçinin sayına görə)

-iri

-orta

-kiçik

4.

Nizamnamə kapitalının mənbəyinə görə 

-xarici

-birgə

-milli

5.

Təşkilati-hüquqi formalarına görə

-məhdud məsuliyyətli cəmiyyətlər

-səhmdar cəmiyyətlər

-ortaqlıqlar

-kooperativlər və s.

6.

Yaratdığı ittifaqlara görə

-holdinq

-trest

-konsern

-assosiasiya

-maliyyə-sənaye qrupları 

7.

Sənaye sahələrinə görə

-ağır sənaye

-yüngül sənaye

-hasilat sənayesi

-emal sənayesi




 

 

Müəssisələrin təşkilati – hüquqi formaları. Müəssisə və təşkilatların təşkilati–hüquqi formalarına fərdi (ailə) müəssisələri, kooperativləri, məhdud məsuliyyətli cəmiyyətləri, açıq və qapalı səhmdar cəmiyyətləri, birjaları, fondları, bankları, ittifaqları (birlikləri) və s. göstərmək olar.

Fərdi (ailə) müəssisələr. Beynəlxalq təcrübəyə əsasən fərdi müəssisələr qeyri-dövlət müəssisələri hesab edilir. Fərdi müəssisələr bəzən ailə üzvləri tərəfindən təşkil olunur. Fərdi müəssisələrin mülkiyyətçiləri  öhdəliklərinin yerinə yetirilməsinə  görə öz əmlakı (ailəsinin əmlakı) ilə məsuliyyət daşıyırlar.

Fərdi (ailə) müəssisələrə kəndli-fermer təsərrüfatlarını, pərakəndə ticarət köşklərini, avtomobil təmiri emalatxanalarını, məişət cihazları təmiri ilə məşğul olan müəssisələri, ayaqqabı pinəçilərini misal göstərmək olar. Fərdi müəssisələr olduqca kiçik miqyaslı müəssisələrdir və onların kapital çərçivəsi məhdud olur. Azərbaycan qanunvericiliyində hal-hazırda fərdi müəssisə anlayışı yoxdur.

Məhdud Məsuliyyətli Cəmiyyət (MMC). MMC-lər bir və ya bir neçə şəxs tərəfindən yaradılır. MMC-nin kapitalı təsis sənədilə müəyyən olunmuş ölçüdə paylara bölünür. Cəmiyyətin iştirakçıları onun öhdəliklərinə cavabdeh deyildir. Onlar qoyduqları əmlakın dəyəri həcmində riskə məruz qalırlar.

MMC bir nəfər tərəfindən təsis edilirsə,  bu zaman o, nizamnaməni tərtib edib təsdiq olunması və dövlət qeydiyyatından keçmək üçün müvafiq orqanlara təqdim edir. Əgər  cəmiyyət iki və ya daha artıq şəxs tərəfindən təsis olunursa, bu zaman əvvəlcə təsisçilər arasında təsis müqaviləsi bağlanır, sonra isə həmin müqavilənin əsasında nizamnamə tərtib olunur, təsdiq edilməsi üçün təqdim olunur. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı müəyyən olunmuş həddi keçdikdə, 1 il müddətində səhmdar cəmiyyətə çevrilməlidir. Bu müddət ərzində cəmiyyət iştirakçıların sayını azalda da bilər. Əks təqdirdə məhkəmə qaydasında cəmiyyət ləğv edilməlidir.

MMC-nin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Ümumi yığıncaq müstəsna hüquqlara malik olur:

- nizamnamə və nizamnamə kapitalını dəyişdirmək;

- cəmiyyətin icra orqanlarını, təşkilati strukturu yaratmaq;

- illik hesabatları, müəssisənin balansını təsdiq etmək, mənfəəti bölüşdürmək;

- cəmiyyəti ləğv və ya  yenidən təşkil etmək haqqında qərar  qəbul etmək;

- cəmiyyətin təftiş komissiyasını yaratmaq, cəmiyyətin fəaliyyətini yoxlamaq və  ya yoxlatdırmaq.

Ümumi yığıncaq MMC-nin rəhbərlərini təyin edir. MMC-yə rəhbərlik kollegial və ya vahid rəhbərlik qaydasında həyata keçirilir. Rəhbər iştirakçılardan və kənar adamlardan seçilə bilər. Rəhbər MMC-nin fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyır və onların fəaliyyətini idarə edir.

Səhmdar cəmiyyət. (SC) Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünən cəmiyyət “Səhmdar cəmiyyət” adlanır. Səhmdar cəmiyyətin iştirakçıları öhdəliyə görə məsuliyyət daşımırlar və səhmlərin dəyəri həcmində riskə məruz qalırlar. Səhmdar cəmiyyətlər MMC–lərə müəyyən mənada oxşar müəssisələrdir. Lakin onların aşağıdakı fərqləri vardır:

  1. Səhmdar cəmiyyətlərdə paylar bərabər bölünür və səhmləşdirilir.

  1. Səhmdar cəmiyyətlərdən çıxmaq istəyən səhmdar öz səhmini götürə bilməz, yalnız sata və kiməsə verə bilər.

  1. Səhmdar cəmiyyətlərdə böyük kapital kiçik əmanətçilər arasında təmərküzləşir.

  1. Səhmdar cəmiyyətlərdə paylar MMC-yə nisbətən daha asanlıqla satılıb və özgəninkiləşdirilə bilər.

Səhmdar cəmiyyətin  ali idarəetmə orqanı səhmdarların ümumi yığıncağıdır. Ümumi yığıncağın müstəsna səlahiyyətləri vardır.

- Səhmdar cəmiyyətin nizamnaməsini və ya nizamnamə kapitalını dəyişdirmək;

- Direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının üzvlərini seçmək və onların fəaliyyətinə xitam vermək;

- Cəmiyyətin icra orqanlarını, təşkilati strukturu yaratmaq (Bu funksiya nizamnamə ilə direktorlar şurasına və ya müşahidə şurasına  da həvalə edilə bilər.);

- Cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını təsdiq etmək, mənfəəti bölüşdürmək.

- Cəmiyyətin təşkili və ya ləğvi haqqında qərar qəbul etmək.

Səhmdarların sayı əllidən çox olduqda SC-lərdə Direktorlar Şurası yaradılır. Direktorlar Şurası gördüyü işlər barəsində ümumi yığıncağa hesabat verir. Direktorlar Şurası cari idarəetməni və nəzarəti həyata keçirir. Bu şura  daha çox səlahiyyətə malikdir. Şura direktorların işinə nəzarət edir və səhmdarların maraqlarını müdafiə edir.

Səhmdar cəmiyyətlər açıq səhmdar cəmiyyətlərə (ASC) və qapalı səhmdar cəmiyyətlərə (QSC) bölünür. ASC-də səhmdarlar digər səhmdarların razılığı olmadan öz səhmlərini sərbəst surətdə sata və ya başqasına verə bilər. ASC-lərin səhm buraxmaq və ona açıq abunə yazılışı elan etmək ixtiyarları vardır.

Lakin QSC-lərdə  səhmlər yalnız təsisçilərin və qabaqcadan müəyyən edilmiş şəxslərin arasında bölüşdürülə bilər. QSC-lərdə səhmlərə açıq abunə yazılışı həyata keçirilə bilməz. Qapalı səhmdar cəmiyyətin səhmdarlarının sayı çoxalarsa, o, açıq səhmdar cəmiyyətə çevrilməlidir.

Səhmdar cəmiyyətin idarə olunmasının ali orqanı səhmdarların yığıncağıdır. Bu yığıncağa səlahiyyətlər Mülki Məcəllənin müvafiq müddəalarına əsasən verilir. Həmin səlahiyyətlər heç kim tərəfindən, hətta yığıncağın özü tərəfindən də artırılıb-azaldıla bilməz.

Səhmdar cəmiyyətlərin yığıncaqlarının qərarı 2/3 səs çoxluğu ilə qəbul edilir. Qərarlar yalnız gündəliyə salınmış məsələlər üzrə qəbul edilir. Direktorlar şurasında isə sadə səs vermə keçirilir. Hər bir üzv bir səsə malikdir. Bu zaman 50%+1 səs qərarın qəbul edilməsinə əsas verir. Əgər səslər bərabərdirsə, direktorlar şurasının sədrinin səsi həlledici olur.

Səhmdar cəmiyyətlərin yığıncaqlarında səsli səhmlərin  60%-inin sahibləri iştirak etdikdə yığıncaq səlahiyyətlidir. Əks təqdirdə iclas yenidən çağırılmalıdır. Bu dəfə səsli səhmlərin 40%-nin sahibləri iştirak edərsə yetərsay vardır. Yetərsay olmadıqda iclas yenidən çağırılır. Bu dəfə yetərsay 25% hesab edilir. Yenə yetərsay olmadıqda, növbəti  dəfə iclas çağırılır. Bu dəfə yetərsay olmadan iclas keçirilə bilər. Hətta həmin iclasda səhmdar cəmiyyətin ləğvi ilə əlaqədar qərar qəbul edilərək Qiymətli Kağızlar Komitəsinə müraciət də qəbul oluna bilər.

İclasın yekununda qəbul edilmiş qərarlarla bağlı protokol tərtib edilir. Protokolu iclasın sədri və katib imzalayır.

Təsərrüfat ortaqlıqları. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və komandit ortaqlığı formasında olur. Təsərrüfat ortaqlıqları şərikli nizamnamə kapitalı əsasında yaranır.

Tam ortaqlıq şərikli müəssisələr hesab edilir. Onun firma adında iştirakçı olan hüquqi və fiziki şəxslərin adları və tam ortaqlıq sözləri qeyd edilir. Tam ortaqlıqların ali idarəetmə orqanı iştirakçıların yığıncağıdır. Tam ortaqlıqlarda iştirakçıların hamısı təsisçidirlər. İştirakçılar 1 səsə malik olurlar. Ortaqlığın mənfəəti ortaqların paylarına münasib olaraq bölünür.

Информация о работе Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir