Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir

Автор работы: Пользователь скрыл имя, 21 Апреля 2014 в 23:45, дипломная работа

Краткое описание

Dərs vəsaitində menecmentin mahiyyəti açıqlanmış, idarəetmənin tarixi və məktəblər haqqında məlumatlar verilmiş, menecerlərin funksiyalarından bəhs edilmişdir. Kitabda idarəetməyə elmi cəhətdən yanaşılmış, müəssisələrin təşkilati quruluşu, idarəetmə üsulu və üslubu, menecmentin prinsipləri, təsərrüfat subyektlərinin təşkilati – hüquqi formaları və onların idarə olunması haqqında məlumatlar verilir. Menecmentə elmi yanaşma idarəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prinsiplərinə elmi-nəzəri baxışların məcmusu kimi başa düşülür.

Вложенные файлы: 1 файл

Дипломная работа_Векторная связь в производственных мощностях и объемы производства цинка.docx

— 320.81 Кб (Скачать файл)
  • Antik dövrdə “menecment” sözü işlənməsə də, yunanca “adamları idarəetmə məharəti” qəribə də olsa, müasir mənaya zidd olan “demoqoq” sözü ilə ifadə olunurdu.

  • Sonra isə menecment despotiya və despotizm mənasında işlənmişdir.

  • Pedaqoqikada təlimləndirmə, tərbiyələndirmə, təşkiletmə məharəti mənasında işlənmişdir.

  • Alman tarixçisi İ.Şaydın dediyi kimi, “menecment” sözü italyanca “atların idarə edilməsini bacarmaq” kimi başa düşülür.

  • İngiliscə isə ağıllı hərəkət etmə, uğurları tutma mənasında işlənmişdir. Sonralar isə bu məfhum insanların idarə edilməsi mənasında işlənmişdir.

İdarəetmə fərdi təsərrüfat sahələrinin idarə edilməsindən tutmuş sənaye sahələrinin idarə edilməsinədək olan uzun bir dövrü keçmişdir. Başqa sözlə desək idarəetmənin inkişaf yolu aşağıdakı ardıcıllıqla getmişdir:

  • mülkiyyət sahibi həm  işçi olmuşdur;

  • mülkiyyət sahibi həm də menecer olmuşdur;

  • mülkiyyət sahibi təsərrüfatı idarə etmək üçün muzdlu menecerlər dəvət etmişdir;

- müəssisədə ayrı-ayrı menecment formaları yaranmışdır (marketinq, maliyyə, istehsal, satış və s.).

İdarəetmənin tarixini dörd dövrə bölmək olar:

1.Qədim və orta əsrlər dövrü. İdarəetmənin tarixi qədimdir. Ibtidai icma quruluşunda tayfalar və qəbilələr rəhbərlər tərəfindən idarə olunurdu. Misir ehramlarının, Babilistanın asma bağlarının, Çin səddinin inşaası onu göstərir ki, həmin dövrdə idarəetmə mövcud olmuşdur. Əks halda, həmin tikinti abidələri və nümunələri inşa oluna bilməzdi. Lakin onu da qeyd etmək lazımdır ki, qədim dövrdə idarəetmə çox primitiv qaydada həyata keçirilirdi.

İctimai formasiyalar bir-birini əvəz etdikcə, idarəetmə də müəyyən qədər təkmilləşirdi. Məsələn quldarlıq dövründə, daha sonra feodalizm dövründə təsərrüfat sahələrinin inkişafı idarəetmənin nisbətən təkmilləşməsinə səbəb olurdu. Bu nöqteyi nəzərdən, orta əsrlər dövründə idarəetmə nisbətən inkişaf etməyə başladı. Ticarət münasibətlərinin inkişafı, torpaqların ayrı-ayrı adamların əlində cəmləşməsi, yeni təsərrüfat sahələrinin yaranması və inkişafı idarəetmə əməyinin təkmilləşməsini tələb edirdi.

2. Sənayeləşmə dövrü. Sənayeləşmə dövrü sənaye  sahələrinin yaranması, xırda müəssisələrin iri müəssisələrdə təmərküzləşməsi, kiçik əmək kollektivlərinin böyük heyətlərdə birləşməsi ilə əlaqədar idi. Bu dövr XVIII əsrin axırlarından XIX əsrin axırlarınadək olan dövrü əhatə edirdi. Sənayeləşmə dövründə idarəetmə sahəsində yeni prinsiplər və metodlara ehtiyac yaranırdı. Bu cür prinsip və metodlar mürəkkəb idarəetmə formalarını asanlaşdırmaq məqsədini güdürdü. Yaranan sənaye sahələri artıq köhnə idarəetmə texnologiyası ilə idarə oluna bilmirdi.

Sənayeləşmə dövründə idarəetmə fəaliyyəti özünün inkişafının yeni mərhələsinə qədəm qoyurdu. İri zavod və fabriklərin rəhbərləri idarəetmə təcrübəsinə sahib olmaqla fəaliyyətə yeniliklər gətirirdilər. Belə ki, rəhbərlər idarəetməni asanlaşdırmaq üçün idarəetmə strukturunu genişləndirir, aşağı rəhbərlərin nəzarət fəaliyyətindən yararlanmağa çalışırdılar.

3. Sistemləşmə dövrü. Bu dövr elmi idarəetmə dövrünün yaranması ilə əlaqədar olmuşdur. Sistemləşmə dövründə idarəetmə bir elm kim sistemləşdi və onun funksiyaları, metodları, prinsipləri tədqiq olunmağa başladı. İdarəetməyə elmi yanaşma ilk dəfə 1911-ci ildə Fredrik Teylor tərəfindən həyata keçirilmişdir. F.Teylor “İdarəetmənin prinsipləri” kitabını yazmış və həmin vaxtdan idarəetmə bir elm kimi tanınmışdır.

4. Müasir dövr. İdarəetmənin elmi məktəblərinin müasir dövründə bu haqda ətraflı məlumat verilir.

 

1.4. İdarəetmənin elmi məktəbləri

 

İdarəetmənin bir elm kimi formalaşıb inkişaf etməsində idarəetmə məktəblərinin böyük rolu olmuşdur. İdarəetmə məktəbləri bu sahədə nəzəri biliklərin formalaşmasında, elmi məqalələrin və əsərlərin yazılmasında, elmi təklif və tövsiyələrin verilməsində xüsusi rol oynamışdır. Aşağıdakı idarəetmə məktəblərinin yaranıb, müəyyən tarixi dövrləri keçməsi idarəetmənin tarixində əlamətdar hadisə kimi qiymətləndirilir:

  1. Elmi idarəetmə məktəbi ( 1886–1920).

  1. Klassik idarəetmə məktəbi ( 1920 – 1950).

  1. İnsani münasibətlər məktəbi ( 1930 – 1950).

  1. Müasir idarəetmə məktəbi (1950 – indiyədək).

 Elmi idarəetmə məktəbi idarəetmə elminin yaradıcısı hesab edilir. Onun nümayəndələrindən Fredrik Uilson Teylor, Henri Hant, Frenk Gilbert, Lillian Gilbert və başqalarını göstərmək olar. Elmi idarəetmə məktəbi elmin əsasını qoymaqla idarəetməyə dair yeni nəzəriyyələr, elmi fikirlər və təkliflər  irəli sürmüşlər:

  1. İdarəetmə əməyi fiziki əməkdən ayrılmalıdır.

  1. Əmək fəaliyyətində iş və vaxt normalarını tətbiq etmək.

  1. Təşkilatlarda işçiyə artıq iş üçün mükafat vermək.

  1. Əl əməyi yüngülləşdirilməli, bundan ötrü yeni texnoloji proseslər tətbiq olunmalıdır.

Bundan başqa elmi idarəetmə məktəbi işdə həvəsləndirmə sisteminin yaradılması fikrini də irəli sürmüşdür ki, bu da istehsalın inkişafına və artım tempinə təsir amili kimi dəyərləndirilmişdir. Bu cür təkliflərin və  nəzəriyyənin yaranması idarəetmənin elmi-nəzəri əsasını təşkil edirdi.

Klassik idarəetmə məktəbinin nümayəndələri ilk dəfə olaraq idarəetmə elmini sistemləşdirmiş, onun funksiyalarını, prinsip və metodlarını tədqiq etmişdirlər. Onlar sübut etmişlər ki, idarəetmə fəaliyyəti idarəetmənin həyata keçirilməsindən irəli gələn funksiyaların məcmusundan ibarət olub, müvafiq prinsiplərə əsaslanaraq müəyyən üsullar və mexanizmlər əsasında həyata keçirilir. Anri Fayol “İnzibati idarəetmə nəzəriyyəsi”nin yaradıcısıdır. O, idarəetməni menecerin dünyagörüşü kimi qiymətləndirərək, idarəetmənin əsas funksilyalarını irəli sürmüşdür. Həmin funksiyalar aşağıdakılardır:

  • planlaşdırma;

  • təşkiletmə;

  • motivləşdirmə;

  • marketinq;

  • nəzarət;

Onlar idarəetmənin 3 üsulunu təklif edirdilər:

  • iqtisadi üsul;

  • inzibati üsul;

  • sosial-psixoloji üsul.

  Klassik idarəetmə məktəbinin təklif etdiyi rəhbərlik üslubları isə aşağıdakılardır:

  • avtokrat üslub;

  • liberal üslub;

  • demokratik üslub.

Anri Fayoldan fərqli olaraq Max Veber isə  “Bürokratik idarəetmə nəzəriyyəsinin” yaradıcısıdır. O, bürokratik idarəetməyə qaydalar, təşkilati struktur,  əmək bölgüsü, karyera vəzifəsi kimi baxmışdır. Bununla bərabər, bürokratik idarəetmənin mənfi cəhətlərini də qeyd etmişdir ki, bunlar - sərt qaydalar və ləng qərarvermədir.

İnsani münasibətlər məktəbi hər bir işçiyə fərdi qaydada yanaşmanı tələb edir. Onlar qeyd edirdilər ki, əmək prosesində işçilərin fərdi xüsusiyyətləri, tələbat bacarığı, qabiliyyəti, səriştəsi, psixologiyası ayrı-ayrılıqda nəzərə alınmalıdır.

Bu məktəb idarəetmənin və fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə, maddi və mənəvi həvəsləndirməni, idarəetmədə insan amilini, iş şəraitini, ictimai münasibətləri nəzərə almağı zəruri hesab edirdi.

İnsani münasibətlər məktəbinin nümayəndələrindən Meri Follet, Elton Mayo, Abraham Maslou və başqalarını misal göstərmək olar. Meri Follet menecmenti “digərlərinin köməyi ilə işlərin yerinə yetirilməsinin təmin olunması” kimi hesab edirdi. Elton Mayo və Abraham Maslou belə hesab edirdilər ki, əmək məhsuldarlığının artırılmasına nail olmaq üçün təkcə maddi maraq amili şərt deyildir. Bu zaman işçilərin arasındakı münasibətlərin düzgün qurulması və idarə olunması, məsələn işçilərlə məsləhətləşmələr aparmaq, kollektivdə xoş ünsiyyət yaratmaq, onların ehtiyacları, problemləri ilə maraqlanmaq vacibdir.

İnsani münasibətlər məktəbinin  nümayəndələri aşağıdakı məsələləri tədqiq etmişlər:

  1. Fərdi davranış.

  1. Qrupların meydana gəlməsi.

  1. Qrup davranışı.

  1. İnsanlararası münasibət.

  1. Motivasiya.

  1. Liderlik.

Müasir idarəetmə məktəbi idarəetmə məktəbləri arasında ən mütərəqqi səciyyə daşıyır. Bu məktəb idarəetmədə riyazi- iqtisadi modellər və üsulların tətbiqini nəzərdə tutur. Müasir idarəetmə məktəbi yeni texnologiyaların idarəetməyə gətirilməsinə üstünlük verir. Məsələn yeni ra-bitə texnologiyalarının köməyi ilə informasiyaların ötürülməsi, kompüter texnologiyası vasitəsiləriyazi hesablamaların aparılması, məlumatların uçota alınması, saxlanılması, işlənməsi və ötürülməsi, texniki vasitələrlə hadisələrin gedişatını izləmək və müşahidələr aparmaq və s. Bu hallar idarəetmə sahəsində vaxta, əl əməyinə xeyli qənaət olunmasına, işin səmərəliliyinin, sürətinin və keyfiyyətinin yüksəldilməsinə səbəb oldu.

İdarəetmə məktəbləri idarəetmə elminin formalaşması və inkişafında  böyük rola malik olmuşdur. Çünki bu məktəblər idarəetmə elminin müxtəlif tərəflərini öyrənmiş, bu sahədə tədqiqatlar aparmış və problemləri araşdırımışdır. İdarəetmə elminin hazırki duruma gəlib çıxmasını idarəetmə məktəblərinin elmi fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək olar.

 

1.5. İdarəetməyə elmi yanaşma

 

İdarəetməyə elmi yanaşma dedikdə, idarəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prinsiplərinə elmi-nəzəri baxışların məcmusu başa düşülür. İdarəetməyə elmi yanaşmanın aşağıdakı formaları mövcuddur:

1.Sistemli yanaşma.    

2.Proses yanaşma.

3.Situasiyalı yanaşma.

4.Kompleks yanaşma.

Sistemli yanaşma bütün yanaşmaları özündə birləşdirərək, idarəetmənin sistem halında öyrənilməsini həyata keçirir. Sistemli yanaşma idarəetmənin tərkib hissələrini, proseslərini, funksiyalarını, metodlarını, prinsiplərini  qarşılıqlı əlaqədə öyrənir.

Sistem iki və ya daha artıq vahidin öz xassələrini saxlamaqla, onların birləşməsi nəticəsində yaranmış yeni xassəli tam və ya vahiddir. Sistemi təşkil edən hissələr, hadisələr, elementlər qarşılıqlı əlaqədə olmalıdırlar. Sistemlər 2 cür olur. Açıq və qapalı sistemlər.

Açıq sistemlərin tərkib elementləri ətraf mühitlə  əlaqədə olur. Məsələn müəssisə açıq sistem kimi digər təşkilatlarla: sifarişçilərlə, malgöndərənlərlə, podratçılarla, malalanlarla, banklarla, sığorta təşkilatları ilə, dövlət təşkilatları ilə, məsələn vergi və gömrük xidməti orqanları ilə, sosial müdafiə fondu ilə və s. əlaqədə olurlar.

Qapalı sistemlər isə ətraf mühitdən təcrid olunmuş, başqa sözlə desək, izolə edilmiş sistemlərdir. Məsələn bu cür sistemlərə saat sistemini, dünya iqtisadi sistemini, keçmiş sosialist təsərrüfatı sistemini, məxfi orqanların məlumat sistemlərini və s. misal göstərmək olar. Hər bir subyekt özünə məxsus olan sistemləri qapalı və ya açıq  sistem kimi formalaşdıra bilərlər. Məsələn: müəssisə biznes planını rəqiblərin, digər təşkilatların əlinə keçməməsi üçün məxfi sənəd kimi saxlaya bilər.

Sistemli yanaşma hadisələri öyrənərkən, onu digər hadisələrlə əlaqədə öyrənir və ya onun daxili aləmini əlaqəli şəklidə tədqiq edir. Məsələn hesabat ili zərərlə başa vurulmuşdursa, bu zaman zərərin baş verməsinə səbəb ola bilən bütün amillər: gəlir və xərc maddələri, istehsalın həcmi, satışın həcmi, keyfiyyət göstəriciləri, qənaət prinsipi və s. bu kimi məsələlər araşdırılır. Çünki bu problemin həllinə sistemli baxış qeyd edilən amilləri qarşılıqlı əlaqədə araşdırmağı tələb edir.  

Proses yanaşma. Proses başlanğıcı və sonu olan, arasıkəsilməz ardıcıllığa malik fəaliyyət, hadisə və əməliyyatların məcmusudur. Proses dedikdə o hərəkətlərin, hadisələrin, əməliyyatların məcmusu başa düşülür ki, yekunda müəyyən nəticə əldə edilsin. Burada hərəkət və nəticə vardır. Proseslər üçün dövrlük, mərhələlik, ardıcıllıq prinsipi mövcuddur.  Proses yanaşma hər hansı prosesə aid olan bütün mərhələlərin ardıcıl formada araşdirilmasını, öyrənilməsini və təhlil edilməsini tələb edir.

Proses yanaşma sistem yanaşmanın tərkib hissəsidir. Məsələn müəssisənin fəaliyyətinin nəticələri təhlil edilir. Biz bu təhlili həm sistemli, həm də proses yanaşma formasında apara bilərik. Gəlin əvvəl sistemli yanaşaq. Bu halda göstəricilər sistemini müəyyən etmək, araşdırmaq, müqayisə etmək, qiymətləndirmək lazımdır. Müəssisənin fəaliyyətinin göstəricilər sistemini satışdan gəlir, xalis gəlir, istehsal məsrəfləri, maya dəyəri, məhsulun qiyməti, həcmi, keyfiyyəti, əmək məhsuldarlığı, rentabellik, mənfəət göstəriciləri və s. təşkil edir. Sistemli təhlil sadalanan bütün göstəricilər üzrə araşdırmanı tələb edir.

Sistemli yanaşma imkan verir ki, biz yuxarıda sadalanan göstəricilər üzrə sistemin zəif və güclü tərəflərini və ya həlqələrini aşkar edək. Aşkar edilmiş zəif və ya güclü tərəflərin, həlqələrin hər birinə ayrı-ayrılıqda yanaşılması, öyrənilməsi və təhlil edilməsi proses yanaşmanı əhatə edir. Məsələn sistemli yanaşma bütün göstəricilər sistemini araşdırmış və müəyyən etmişdir ki, gəlirin aşağı düşməsinin səbəbi satışın həvəsləndirilməsi ilə bağlı tədbirlərin lazımi səviyyədə həyata keçirilməməsi ilə əlaqədar olmuşdur.  Proses yanaşma diqqəti satışın həvəsləndirilməsi prosesinin öyrənilməsinə, araşdırılmasına və bu sahədə problemlərin aradan qaldırılması məsələlərinə yönəldir.

İdarəetmə prosesi məkan və zaman baxımından baş verir. Məkan baxımından dedikdə, idarəetmə fəaliyyətinin həyata keçirildiyi yer, müəssisə, struktur vahidi (şöbə, bölmə) və s. başa düşülür. Zaman baxımından dedikdə isə, idarəetmə prosesinin və onun ayrı-ayrı mərhələlərinin yerinə yetirildiyi müddət və ya zaman kəsiyi hesab edilir.

Situasiyalı yanaşma (məqam yanaşma) konkret məqamları və vəziyyətləri nəzərdə tutur. Situasiyalı yanaşma konkret məqamlarda konkret qaydaların tətbiq edilməsini tələb edir. Yəni gözlənilən və gözlənilməyən, planlaşdırılan və planlaşdırılmayan halların baş verdiyi məqamlarda və vəziyyətlərdə nə etmək lazım gəldiyi bu yanaşma forması  ilə müəyyən edilir. Məsələn qəfildən istehsal sexində yanğın hadisəsi baş verir. Həmin anda operativ tədbirlər görülməzsə, istehsal sexi yanıb yararsız hala düşəcəkdir. Bu problemə situasiyalı yanaşma yanğının operativ surətdə qarşısının alınmasını, onun nəticələrinin aradan qaldırılmasını və istehsalın bərpa olunmasını tələb edir. Deməli, situasiyalı yanaşma operativ qərarların qəbul olunması ilə əlaqədardır. Lakin yanğın problemi aradan qaldırıldıqdan və istehsal prosesinin bərpası təmin olunduqdan sonra, rəhbərlik tərəfindən komissiya təşkil edilib sistemli, kompleks və proses yanaşmaları həyata keçirməklə nöqsanları, çatışmamazlıqları, günahkarları aşkar etmək və gələcəkdə bir daha bu cür halların baş verməsinin qarşısını almaq yollarını müəyyən etmək olar.

İdarəetmə fəaliyyəti ilə əlaqədar başqa bir misal göstərək. Müəssisənin biznes planı tərtib olunmuş, bunun əsasında ilin sonunda əldə ediləcək iqtisadi səmərəlilik göstəriciləri müəyyənləşdirilmişdir. Lakin bazarda qiymətlərin aşağı düşməsi müəssisənin fəaliyyətini iflic vəziyyətinə qoymuşdur. Bu zaman müəssisənin qiymət siyasətində dəyişikliklərin aparılması, problemin yaratdığı fəsadların müəyyən olunması, yaranmış vəziyyətdən çıxış yollarının axtarılıb  tapılması situasiyalı yanaşmanın həyata keçirilməsini tələb edir.

Bəzən situasiyalı yanaşma konkret formaların tətbiq edilməsini tələb edir. Yəni hansı konkret məqamda hansı addımların atılması lazım gəlir?

Situasiyalı yanaşma aşağıdakı funksiyaların həyata keçirilməsini tələb edir:

    1. Baş verəcək situasiyaların qabaqcadan müəyyən olunması.

    1. Situasiyaların yaranması ilə bağlı daxili və xarici təsir ünsürlərinin müəyyənləşdirilməsi.

    1. Baş verəcək və ya baş vermiş situasiyaların nəticələrinin müəyyənləşdirilməsi. (Nəticə müsbət və ya mənfi dəyişikliklərlə əlaqədar ola bilər.)

Kompleks yanaşma. Hər hansı bir hadisəyə bir neçə tərəfdən yanaşılma formasına kompleks yanaşma deyilir. Kompleks yanaşmada tərəflər ayrı-ayrılıqda, yəni qarşılıqlı əlaqədə nəzərə alınmadan da araşdırıla və təhlil edilə bilər. Kompleks yanaşma hərtərəfli yanaşma forması kimi özünü göstərir.

Информация о работе Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir